Nazirlər Kabineti “Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 31 avqust tarixli qərarı ləğv edib.
Bu barədə Baş Nazir Novruz Məmmədov qərar verib.
Qeyd olunur ki, “Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1459; 2017, № 11, maddə 2145; 2018, № 5, maddə 1117) ləğv edilsin.