13 C
Baku
Saturday, November 23, 2024

İpoteka ilə ev almaq çətinləşir – VİDEO

İpoteka kreditləri üçün ilkin ödənişi 40 faizə qaldıran banklar var

Day.Az-ın xezerxeber.com-a istinadən məlumatına görə, bəzi banklar ipoteka krediti şərtlərinə dəyişikliklər ediblər. Beləliklə elə banklar var ki, ipoteka krediti üçün ilkin ödəniş məbləğini nəzərdə tutulduğundan düz 2 dəfə artırıblar. Ekspertlər hesab edirlər ki, prosesə ipoteka fondu tərəfindən müdaxilə mütləqdir.

Bəzi banklar ilkin ödənişin məbləğini 40 faizədək artırıblar. Bu o deməkdir ki, 50 min ipoteka götürmək istəyən şəxs, azı 20 mini bəri başdan ödəməlidir.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu dəyişiklər vətəndaşların ipoteka krediti almaq imkanını məhdudlaşdırır.

İpoteka Fondunun məlumatına görə, bankların bu addımı “2016-cı il üçün yaşayış minimumu haqqında” qanunla bağlıdır. Həmin qanuna əsasən, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilib. Nəticədə banklar da bununla bağlı hesablamalarını dəyişdirib.

Ekspertin sözlərinə görə, bu dəyişikliklərlə banklar qaydaları pozur. Ona görə də prosesə İpoteka Fondunun müdaxiləsinə ehtiyac var.

Azərbaycan İpoteka Fondu bu il, 2006-cı ilin martından indiyədək 730 milyon 608 min 420 manat ipoteka krediti verib. Ümumilikdə 17 min 993 nəfər kredit götürüb.

Son xəbərlər
Digər xəbərlər