“İqtisadi təşəbbüslərə dəstək” ictimai birliyinin eksperti Samir Əliyev bildirmişdir: “Azərbaycanda istehlak kreditlərinin payı ümumi kredit qoyuluşlarının 41%-ni təşkil edir və Mərkəzi bankın gördüyü bütün tədbirlərə baxmayaraq artım davam edir. Əlbəttə, Azərbaycanda da Rusiyada olduğu kimi ipoteka kreditlərinə olan tələbin artması pis olmazdı. Bunun sayəsində bir çox vətəndaşlarımız mənzil ilə təmin oluna bilər. Lakin problem ondadır ki, Rusiyada istehlak kreditləri ilə ipoteka kreditlərinin illik faiz dərəcələri arasında fərq çox azdır. Biz də isə əksinədri. İstehlak kreditlərinin faiz dərəcələri ipoteka faiz dərəcələrini 5 dəfə ötüb keçir. Bu iki kredit növü arasında fərq çox böyükdür və banklar ipoteka kreditinə diqqət ayırmaqda maraqlı deyillər.
Əlbəttə, elə banklar var ki, onlar özlərinin kommersiya ipoteka kreditinə sahibdirlər. Lakin bunların xüsusiyyəti ondan ibarətdir ki, bu banklar kreditin ödənilməsi üçün çox az zaman ayırır. Ən yaxşı halda 5 il. Bununla yanaşı, burada faiz dərəcələri də yüksəkdir və bu kreditə müraciət edənlərin sayı azdır.
Samir Əliyev həmçinin bildirmişdir ki, ipoteka krediti iki xüsusiyyəti ilə istehlak kreditindən fərqlənir. O deyir: “Birincisi, istehlak kreditləri bir neçə yüz manatdan başlayıb bir neçə min manata qədər olduğu halda, ipoteka kreditinin məbləği 30-40 min manatdan başlayır. Başqa sözlə desək, bankların ipoteka krediti verməsi üçün onlara çox pul lazımdır. Və belə olduqda onlar qarşısında belə bir sual yaranır: Bəs onlar bu pulu haradan əldə etsinlər? İkincisi isə istehlak kreditlərinin ödənilməsi zamanı 6 aydan başlayır və bir neçə ilə çatır. İpoteka kreditinin ödənilməsi üçün isə minimum 5 il lazımdır. Lakin adətən əmək haqqı belə az müddətə razı olmağa şərait yaratmır.
Əlbəttə ki, bankların ipoteka kreditlərinə diqqət ayırması yaxşı olardı. Lakin bankların kifayət qədər vəsaitləri olmadığı üçün mən bunu real hesab etmirəm. Buna görə də, ipoteka kreditlərinin sayının artırılması bankların deyil, yalnızca dövlətin köməyi ilə ola bilər.
Qeyd edək ki, İqtisadi və sosial inkişaf məkrəzinin sədri Vüqar Bayramov bildirmişdir ki, 2014-cü ilin ilk 4 ayında Azərbaycanda kreditlərin verilməsində artım müşahidəe dilir. Lakin keçən illərlə müqayisədə bu artım kifayət qədər zəif göstəricidir. O deyir: “Vətəndaşlara verilən kreditlərin ümumi həcmi 15,2 milyard manat təşkil edir. 4 aya olan göstərici isə 200 milyon manatdır. Burada istehlak kreditlərinin həcminin azaldığı müşahidə edilsə də, biznes kreditlərində vəziyyət başqa cürdür. Burada artım var. Belə ki, 2013-cü ildə sahibkarlığın inkişafı üçün verilmiş biznes kreditlərinin həcmi 10%, daha doğrusu 1,5 milyard manat təşkil edirdi. Hazırda bu göstərici yüksəkdir”.