2 C
Baku
Saturday, December 14, 2024

İpoteka istiqrazları bahalaşır – İlin ikinci ən baha qiyməti

Azərbaycan Respublikası İpoteka və Kredit Zamanəti Fonduna məxsus nominal dəyəri 1 000 AZN olan istiqrazların qiymətində artım müşahidə edilir.

Banker.az-ın əldə etdiyi məlumata görə, İKZF-in istiqrazları oktyabrın əvvəlində keçirilən hərracda 1 006.59 manat olub. Bu isə sonuncu, 17 sentyabr hərracında 1 005.33 manat təşkil etmişdir.

Bu  iki həftə sonra 1.26 manat artımın olması deməkdir.

Sonuncu dəfə isə 2020-ci ilin iyun ayının 11-də keçirilən hərracda qeydə alınan 1 008.08 manatdan sonra ikinci ən böyük göstəricidir. Hətta ilin ilk aylarında bu istiqrazlar hərraclarda nominal qiyməti ilə ticarət olumuşdu.

İpoteka istiqrazları haqqında – sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edir. Ödəniş faizi isə cəmi 3% təşkil edir. İstiqrazların faiz gəlirlərinin ödənişi 6 aydan bir təşkil edilir, qiymətli kağızlar üzrə ödəniş isə 2040-cı il aprelin 6-da ödəniləcək.

Banker.az analitikləri bildirir ki, ipoteka istiqrazlarına son aylarda kreditləşmənin ləng getməsi səbəbindən bankların daha çox marağına səbəb olur. Buna görə də banklar əllərindəki faizli borcları bu növ maliyyə alətləri ilə balanslaşdırırlar.

 

Son xəbərlər
Digər xəbərlər