7 C
Baku
Sunday, February 5, 2023

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər ediləcək

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2058008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 26 sentyabr 2022-ci il tarixində AZ2058008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 26 sentyabr 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 952.45 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 952.45 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2058008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 952.45 manat olması nəzərə alınmalıdır.

Son xəbərlər
Digər xəbərlər
X