15 C
Baku
Tuesday, September 27, 2022

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 8 fevral 2022-ci il tarixində AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 8 fevral 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 747.17 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 %-lik faiz gəliri 747.17 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 747.17 manat olması nəzərə alınmalıdır.

Son xəbərlər
Oxşar xəbərlər