5 C
Baku
Thursday, February 29, 2024

İpoteka istiqrazları üzrə hərrac keçirləcək

28 mart 2023-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu AZ2071008687
Emissiya həcmi 30,000,000 manat
Nominal qiyməti 1,000 manat
Hərrac qiyməti 1,000 manat
İstiqrazların tədavül müddəti 7200 gün 
Faiz dərəcəsi  3,25%
Faiz gəlirinin ödəniş müddəti 180 gündən bir (6 aydan bir)
Anderrayter “Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər