Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 02 aprel 2018-ci il (01 aprel 2018-ci il qeyri-iş günü olduğuna görə ) tarixində AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 01 aprel 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 931.99 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 931,99 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 931,99 AZN olması nəzərə alınmalıdır.