28 mart 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu |
AZ2083008683 |
Emissiya həcmi |
20,000,000 manat |
Nominal qiyməti |
1000 manat |
Hərrac qiyməti |
1001,1666 manat |
İstiqrazların tədavül müddəti |
8640 gün |
Faiz dərəcəsi |
3 % |
Faiz gəlirinin ödəniş müddəti |
180 gündən bir (6 aydan bir) |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.