15 C
Baku
Bazar, May 29, 2022

İpoteka istiqrazları yerləşdirilib

28 fevral 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 20 000 000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 006.3333 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Banker.az İKZF-yə istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 10 noyabr 2021-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilıb.

Son xəbərlər
Oxşar xəbərlər