Bu gün, 19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2027008682 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə BFB-dən Banker.az-a bildirilir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 mln manat olmuşdur. Bu da tələbin təklifi 15% üstələməsi deməkdir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 19 aprel 2040-ci ildir