3 C
Baku
Saturday, February 24, 2024

İpoteka istiqrazlarının 45 milyon manatlıq emissiyası yerləşdirilib

26 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 45,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 21 dekabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 45,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.

Son xəbərlər
Digər xəbərlər