8 C
Baku
Thursday, December 12, 2024

İpoteka istiqrazlarının emissiyasının illik həcmi dövlət zəmanəti məbləğinin yuxarı həddində nəzərə alınacaq

Nazirlər Kabineti “Azərbaycan İpoteka Fondu” ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.

Dəyişikliklərə görə, təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi dövlət zəmanəti məbləğinin yuxarı həddində nəzərə alınacaq.

Digər dəyişikliklər aşağıdakı kimidir:

1. 3.5-ci bənddə “daxili dövlət borclanmasının” sözləri “dövlət zəmanətlərinin məbləğinin” sözləri ilə əvəz edilsin.

2. 4.2-ci bənddə “daxili dövlət borcunun” sözləri “dövlət zəmanətlərinin məbləğinin” sözləri ilə əvəz edilsin.

3. 5.1-ci bənddə “Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir” sözləri “Cəmiyyət tərəfindən hazırlanır” sözləri ilə əvəz edilsin.

4. 5.2-ci bənd üzrə: 4.1. Müşahidə Şurası” sözləri “Azərbaycan İpoteka Fondu” ASC” sözləri əvəz edilsin; 4.2. “təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir” sözləri “Maliyyə Nazirliyi ilə razılaşdırır” sözləri ilə əvəz edilsin; 4.3. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Həmin təkliflər razılaşdırıldıqdan sonra ipoteka istiqrazlarının emissiyasının illik həcminin və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.”.

5. 5.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa daxil edilməsi üçün təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alır.”.

Son xəbərlər
Digər xəbərlər