8 C
Baku
Sunday, November 17, 2024

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – Siyahı

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin statistikasına nəzər yetirək.

2022-ci ildə bağlanan ipoteka müqavilələrinin sayı

2022-ci ildə ölkəmizdə 72.977 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2021-ci il ilə müqayisədə 19.202 və ya 35,7% çox olub.   

2022-ci il ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar 

2022-ci il ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ildə 42.970 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Ötən ildə girov qoyulmuş ümumi 72.977 əmlakdan 12.280-i torpaq sahəsinin, 10.818-i isə fərdi yaşayış evinin payına düşüb.

2022-ci il ərzində daşınmaz əmlak növləri üzrə 

ipoteka müqavilələri

Əmlak növləri Müqavilə sayı Ümumi göstəricidə payı (faizlə)
Mənzil 42970 58.9%
Torpaq sahəsi 12280 16.8%
Fərdi yaşayış evləri 10818 14.8%
Qeyri-yaşayış sahələri 2438 3.3%
Qeyri-yaşayış binaları 2317 3.2%
Bağ evləri 1356 1.9%
Digərləri 798 1.1%
Ümumi 72977 100.0%

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Ötən il ərzində paytaxtda ümumilikdə 40.454  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55,4%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8959 müqavilə), 2 saylı Sumqayıt (4714 müqavilə), 3 saylı Gəncə (3207 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (3009 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də daşınmaz əmlakın ən çox girov qoyulduğu bölgələr sırasındadır. Bunu, həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qiymətləndirmək olar.

Sıra № Ərazi İdarələrinin adı İpoteka müqaviləsinin ümumi sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 40454 55.4%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 8959 12.3%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 4714 6.5%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 3207 4.4%
5. 5 saylı Xaçmaz Ərazi İdarəsi 3009 4.1%
6. 17 saylı Yevlax Ərazi İdarəsi 1509 2.1%
7. 13 saylı Şirvan Ərazi İdarəsi 1315 1.8%
8. 7 saylı Bərdə Ərazi İdarəsi 1204 1.6%
9. 6 saylı Beyləqan Ərazi İdarəsi 1053 1.4%
10. 10 saylı Lənkəran Ərazi İdarəsi 1010 1.4%
11. 11 saylı Şəmkir Ərazi İdarəsi 970 1.3%
12. 15 saylı Tovuz Ərazi İdarəsi 911 1.2%
13. 8 saylı Cəlilabad Ərazi İdarəsi 856 1.2%
14. 12 saylı Şəki Ərazi İdarəsi 841 1.2%
15. 9 saylı Qəbələ Ərazi İdarəsi 824 1.1%
16. 16 saylı Ucar Ərazi İdarəsi 786 1.1%
17. 14 saylı Şamaxı Ərazi İdarəsi 764 1.0%
18. 18 saylı Zaqatala Ərazi İdarəsi 591 0.8%
Ölkə üzrə 72977 100%

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, 2022-ci ildə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 93,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (20 müqavilə), 9 saylı Qəbələ (22 müqavilə) və 11 saylı Şəmkir (34 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı  Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 31290 72.8%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 5581 13.0%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 3156 7.3%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 1227 2.9%
5. 17 saylı Yevlax Ərazi İdarəsi 572 1.3%
6. 13 saylı Şirvan Ərazi İdarəsi 294 0.7%

2022-ci il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı  Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 3063 28.3%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 1547 14.3%
3. 3 saylı Gəncə Ərazi İdarəsi 999 9.2%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 736 6.8%
5. 7 saylı Bərdə Ərazi İdarəsi 578 5.3%
6. 10 saylı Lənkəran Ərazi İdarəsi 449 4.2%

Ötən il ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 1 saylı Bakı, 5 saylı Xaçmaz və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (228 müqavilə) və 10 saylı Lənkəran (286 müqavilə) ərazi idarələridir.


Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı  Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 2058 16.8%
2. 5 saylı Xaçmaz Ərazi İdarəsi 1987 16.2%
3. 4 saylı Abşeron Ərazi İdarəsi 1452 11.8%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 677 5.5%
5. 2 saylı Sumqayıt Ərazi İdarəsi 644 5.2%
6. 11 saylı Şəmkir Ərazi İdarəsi 589 4.8%
Son xəbərlər
Digər xəbərlər