Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin yanvar-sentyabr aylarının statistikasına nəzər yetirək.
Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 29.375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 51.347 əmlakdan 8.946-sı torpaq sahəsinin, 7.931-i isə fərdi yaşayış evinin payına düşüb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 51 347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 549 və ya 39.5% çox olub.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində
daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri | Müqavilə sayı |
Ümumi göstəricidə payı (faizlə) |
Mənzil | 29375 | 57.2% |
Torpaq sahəsi | 8946 | 17.4% |
Fərdi yaşayış evləri | 7931 | 15.4% |
Qeyri-yaşayış sahələri | 1810 | 3.5% |
Qeyri-yaşayış binaları | 1709 | 3.3% |
Bağ evləri | 992 | 1.9% |
Digərləri | 584 | 1.1% |
Ümumi say | 51347 | 100.0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə 28.243 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5781 müqavilə), 2 saylı Sumqayıt (3439 müqavilə), 3 saylı Gəncə (2394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2291 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır.
Sıra № | Ərazi İdarələrinin adı | İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 28243 | 55.0% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 5781 | 11.3% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 3439 | 6.7% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 2394 | 4.7% |
5. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 2291 | 4.5% |
6. | 17 saylı Yevlax Ərazi İdarəsi | 1105 | 2.2% |
7. | 13 saylı Şirvan Ərazi İdarəsi | 955 | 1.9% |
8. | 7 saylı Bərdə Ərazi İdarəsi | 881 | 1.7% |
9. | 6 saylı Beyləqan Ərazi İdarəsi | 810 | 1.6% |
10. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 751 | 1.5% |
11. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 718 | 1.4% |
12. | 12 saylı Şəki Ərazi İdarəsi | 637 | 1.2% |
13. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 631 | 1.2% |
14. | 16 saylı Ucar Ərazi İdarəsi | 628 | 1.2% |
15. | 8 saylı Cəlilabad Ərazi İdarəsi | 620 | 1.2% |
16. | 15 saylı Tovuz Ərazi İdarəsi | 602 | 1.2% |
17. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 438 | 0.9% |
18. | 18 saylı Zaqatala Ərazi İdarəsi | 423 | 0.8% |
Ölkə üzrə | 51347 | 100% |
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 92,6%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 21601 | 73.5% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 3298 | 11.2% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 2297 | 7.8% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 898 | 3.1% |
5. | 17 saylı Yevlax Ərazi İdarəsi | 423 | 1.4% |
6. | 13 saylı Şirvan Ərazi İdarəsi | 221 | 0.8% |
Ölkə üzrə | 29375 | 100% |
2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 2220 | 28.0% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1114 | 14.0% |
3. | 3 saylı Gəncə Ərazi İdarəsi | 738 | 9.3% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 542 | 6.8% |
5. | 7 saylı Bərdə Ərazi İdarəsi | 432 | 5.4% |
6. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 334 | 4.2% |
Ölkə üzrə | 7931 | 100% |
Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 1529 | 17.1% |
2. | 1 saylı Bakı Ərazi İdarəsi | 1440 | 16.1% |
3. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1070 | 12.0% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 524 | 5.9% |
5. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 471 | 5.3% |
6. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 446 | 5.0% |
Ölkə üzrə | 8946 | 100% |