21 C
Baku
Thursday, April 25, 2024

İpoteka krediti almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda effektiv ipoteka bazarı yaradılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq. “Azərbaycan İpoteka Fondu” (AİF) ASC, “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) MMC və maliyyə sektorunda fəaliyyət göstərən müvafiq qurumlar tələb edilən dəyişikliklərin layihəsinin hazırlanmasında əməkdaşlıq edəcəklər.

Yol xəritəsində bildirilir ki, uyğun qiymətə mənzil təminatı layihəsinin benefisiarlarının ipoteka kreditlərindən istifadəsinə dövlət dəstəyinin və koordinasiyasının təmin edilməsi üçün AİF və “MİDA” MMC arasında sıx əməkdaşlıq qurulacaq. Uyğun qiymətə mənzil təminatı üçün nəzərdə tutulan ipoteka krediti məhsulları həmin mənzillərin qiymətini, ipoteka kreditinin maksimum məbləğini və ilkin ödənişin minimum məbləğini özündə əks etdirəcək. İpoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan inzibati proseslər sistemin səmərəliliyinin təmin edilməsi üçün yenilənəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycanda uyğun qiymətə mənzil təminatı bazarının inkişaf etdirilməsi üçün bu strateji yol xəritəsi əsasında fəaliyyət göstərəcək. Dövlət təşəbbüslərinin həyata keçirilməsi üçün nəzərdə tutulan mexanizmlərə torpaq sahələrinə təminatın verilməsi, tikinti işlərinin qiymət baxımından əlverişliliyinin təmin edilməsi, benefisiarların müəyyən edilməsi, tərəfdaşlıqların qurulması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması daxil ediləcək.

Azərbaycanda ödənilməyən ipoteka kreditinin qeyri-neft sektoru üzrə ÜDM-də xüsusi çəkisi və əhalinin ipoteka kreditindən istifadə səviyyəsi digər ölkələrlə müqayisədə aşağıdır. Ona görə də ölkədə ailələrin müxtəlif gəlir səviyyələrinə uyğun kredit təklif edən ipoteka bazarının inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.

İpoteka krediti alan şəxslərin gəlirlərini bölüşdürdükdə belə nəticəyə gəlmək olar ki, belə kreditləri alan ortagəlirli sakinlərin sayı azdır. Faktiki olaraq, ipoteka krediti alan şəxslərin 8 faizinin aylıq məvacibi 500 manatdan aşağıdır. İpoteka krediti alanlar arasında ən böyük qrup isə aylıq məvacibi 1100 manatdan yuxarı olanlardır.

Bakı şəhərində verilmiş ipoteka kreditinin maksimum məbləği 50 min manatdır. Digər rayonlarda isə bu rəqəm 27 min manat təşkil edib.

Azərbaycan vətəndaşlarına 2007-ci ildən etibarən təxminən 18 min ipoteka krediti verilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər