Günümüzün ən məşhur problemlərindən biri də mənzil problemidir. Hazırda əhalinin bir çoxunun kirayədə qalmağı, insanlarınmənzil almaqda çətinlik çəkdiyinin bariz nümunəsidir.
Təbii ki, ev almaqda imkanı olmayan insanların tək çıxış yolu kredit vasitəsilə mənzil eldə etməkdir. Düzdür, hazırda bir çox banklar vasitəsilə mənzil əldə etmək mümkündür, lakin hər bankın da müvafiq faiz və ya digər şərtləri vardır.
Banklardan əlavə isə təbii ki, ADİF-u vasitəsilə kreditlər əldə olunur. Fondun ilin yarısına olan açıqlamalarında isə qeyd olunub ki, ən çox güzəştli kateqoriyaya aid borcalanların böyük bir hissəsi hərbiçilərin payına düşüb. Belə ki, verilən kreditlərin 81.1%- ni hərbiçilər təşkil edir. Lakin iş təkcə hərbiçilər ilə birmir. Ölkədə mənzil problemi olan digər peşə sahibləri də vardır. Belə ki, pay bögüsünə nəzər salsaq, 1.4% idmançıların, 7.9% məcmuri köçkünlərin, 0.3% şəhid ailələrinin,7.1% dövlət qulluqçularının, 2%-i elmlər nazədlərinin payına düşüb.
Aşağıdakı qrafikdə pay bölgüsü ilə daha ətraflı tanış ola bilərsiniz.
Lakin burada bir sual yaranır. Niyə ən çox güzəştli ipoteka kreditləri məcmuri köçkünlər və yaxud şəhid ailələrinə deyil, məhz hərbiçilərə verilir?
Ekspertlər isə hərbiçilərə daha çox güzəştli ipoteka kreditlərinin ayrılmasına səbəbini, onların əməkhaqlarının yüksək olması ilə əlaqələndirirlər. Belə ki, nisbətən daha yüksək maaşa sahib olan hərbiçilər üçün əldə etdikləri kredit üçün tətbiq olunan aylıq ödənişlərin edilməsi daha rahatdır. Yəni daha az gəliri olan məcburi köçkünlərin və yaxud şəhid ailələri üçün ipoteka kreditinin aylıq ödənişini etmək heç də asan deyil. Bu səbəbdən də bu insanlara daha az kreditlər ayrılır. Lakin unutmayaq ki, güzəştli ipoteka kreditləri elə məhz maddi büdcəsi daha aşağı olan şəxslər üçündür.
Qeyd edək ki, hazırda güzəştli ipoteka kreditinin maksimal məbləği 50 000 manatdır.Güzəştli ipoteka krediti üzrə müddət 30 il,ilkin ödəniş 15%,illik faiz dərəcəsi isə 4% -dir. Lakin onu da qeyd etmək lazımdır ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində ipoteka kreditləri illik 4 faizlə, sosial ipotekalar isə 2 faizlə verilir.
Sonda isə, əgər hər hansı ipoteka krediti müraciəti zamanı problemlə üzləşsəniz, bizimlə paylaşa bilərsiniz.