24 C
Baku
Thursday, July 3, 2025

İpoteka krediti ilə alınan mənzillərin orta qiyməti açıqlandı

2021-ci ilin yeddi ayı ərzində İpoteka Kredit Zəmanət Fondunun xətti ilə 3 445 ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb.

Fonddan verilən məlumata əsasən, bu dövrdə müvəkkil banklar tərəfindən 3 445 ailəyə 230 500 000 manat məbləğində ipoteka krediti verilib.

Kreditlərin 153 600 000 manatı adi ipoteka kreditlərinin (2 040 ədəd), 76 800 000 manatı isə güzəştli ipoteka kreditlərinin (1 405 ədəd) payına düşüb.

Son xəbərlər
Digər xəbərlər