İpoteka krediti sərf edir yoxsa kirayə mənzili?

Fərqlər (müqayisəni ancaq adi ipoteka kreditləri ilə aparıram)

İlkin ödəniş

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

İpoteka krediti üzrə 15% (bu şərtlərə banklar hərdən riayət etmirlər), kirayə üzrə kirayə haqqının 12 misli, yəni 1 illik kirayə haqqı. 1 illik kirayə 25 illik kirayənin məbləğinin 4%-ni təşkil edir. Əgər əmlakın dəyərini bazar dəyəri göstəricilərinə gətirsək, bu hardasa 8% ətrafındadır (əgər alış qiymətinin üzərinə 100% məbləğ qoyublarsa 8%, 80% qoyublarsa 7,2%, azdırsa daha yaxşı). Yəni müvafiq olaraq 15% və 8% (təqribən) …

Seçim hüququ

Kira mənzillərində sizə nə verirlərsə onu da seçirsiniz. Ola bilər evə ehtiyyacınız olsa belə yerləşməyə görə ondan imtina edə bilərsiniz. Adi ipoteka sizə azadlıq verir.

Müddət

Hər ikisində maksimal müddət 25 ildir

Faizlər…

Adi kreditlər üzrə yuxarı hədd 8%. Kirayə mənzillər üzrə kirayə haqqlarına xərclər gəlir və bu xərclərin neçə faiz təşkil etməsi haqda məlumat yoxdur. İstənilən halda bu adi ipoteka kreditləri üzrə faizlərdən xeyli aşağıdır.

Alınma ilə bağlı xərclər…

İpoteka kreditləri üzrə xərclər nisbətən çoxdur. Kirayə üzrə isə azdır. Ancaq 01 yanvar 2020-ci il tarixinə qədər bu tərsinə idi. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklər nisbəri xeyli dəyişdi (uzun müsələ olduğu üçün yazmıram. Bununla yanaşı Fond hələ saytda xərclərlə bağlı məlumatlarda yenilənmə işləri aparmayıb. Söhbət kirayə mənzillərində sadələşdirilmiş verginin aradan qaldırılmasından gedir).

Və gəldik əsas məsələyə…

Siz kreditlə mənzili neçəyə alırsınız? Bəs Fond neçəyə alıb sizə neçəyə satır? Fond ilkin bazardan alır (yəni tikinti şirkətindən, yeni təmirli. Məntiqi olaraq baha olmalıdır nisbətən), siz isə təkrar bazardan alırsınız (müddəti keçmiş təmirlə və eyni mənzil təkrar bazarda daha ucuz ola bilər). (P.S.: bu müqayisə şərtidir, çünki Fond iri alış həcminə görə mənzilləri ucuz qiymətə ala bilər) .

Bu əsas məqamlardı və müqayisə apara bilərsiniz. Güzəştli İpoteka ilə müqayisə aparmadım, amma nədənsə elə gəlir ki, o daha sərfəli ola bilər (heçnəyə əsaslanmayan ehtimaldır). Ancaq kirayə mənzillər üzrə satış qiymətləri üzrə məlumatların (yəni rəsmi) olmaması müqayisə aparmağa imkan vermir. Bu məlumatların olmaması yuxarıda göstərilənlərin bir hissəsini də sual altına qoyur.


Müəllif: Rəşad Əliyev


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları