1 C
Baku
Saturday, December 14, 2024

İpoteka krediti üzrə məbləğin artırılması gözlənilir

Azərbaycan höküməti ipoteka şərtlərinin yumşaltmağa çalışır. Bu məqsədlə “İpoteka haqqında” qanuna dəyişikliklər təklifi Milli Məclisə təqdim ediləcək.

Sahibkarlar Konfederasiyası və həmkarlar ittifaqları ilə birgə imzalanan baş kollektiv sazişə əsasən, 3 tərəfin iştirakı ilə komissiya yaradılacaq. Bununla bağlı təkliflər hazırlanaraq parlamentə təqdim olunacaq. Sənəddə ilkin ödənişin vətəndaşlar üçün çətinliklər törətdiyini nəzərə alaraq onun ləğv olunması təklif olunur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının baş mütəxəssisi Arif İbrahimov deyir ki, “10-15 min manat ödəniş edəsən ki, 50 minlik ev alasan, amma indi əmlak bazarına baxanda 50 minlik ev almaq çətindir. İpoteka məbləği bazara uyğun göstərilsin”.

Sazişə əsasən, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi 50 mindən 70-80 min AZN-ə qədər artırılmalıdır.

Hazırki şərtlərə görə, adi ipotekanın verilməsinin maksimum həddi 50 min AZN təşkil edir və səkkiz faiz dərəcəsilə 25 il müddətinə verilir. Sosial ipoteka da maksimum 50 min AZN olmaqla dörd faizlə 30 illiyə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15, adi kreditlər üçün 20 faizdir.

Son xəbərlər
Digər xəbərlər