27 C
Baku
Saturday, July 27, 2024

İpoteka kreditlərinə güzəştlər edilir

Azərbaycanda ipoteka kreditlərirestrukturizasiya olunacaq (kreditin müddətində, aylıq ödənişində dəyişiklik).

Bu, Azərbaycan Mərkəzi Bankının qəbul tdiyi əlavə dəstəkləyici tədbirlərdə bildirilir.

Qərarda deylir:

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi

-İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında (bu məqsədlə fondun müvafiq normativ sənədlərinə dəyişiklik etməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması;

– İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi;

– Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi;

– 01 mart 2020-ci il vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi).

Son xəbərlər
Digər xəbərlər