İpoteka kreditlərində nə dəyişdi? –Ekspert şərhi

0

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib. Qaydalarda ipoteka kreditininmaksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapdı. Qəbul olunan qaydalar haqqında bizimlə öz fikirlərini Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev bölüşmüşdür.
Kreditin Maksimal məbləği kredit faizləri:
İpoteka kreditləri üzrə maksimal məbləğlər İpoteka Fondunun Müşahidə Şurası tərəfindən  ölkədaxili sosial-iqtisadi vəziyyətin təhliliəsasında müəyyən ediləcək. Bir sözlə desək Fond dövrü olaraq iqtisadi şəraitdən asılı olaraq bu göstəriciləri yeniləyəcək.  Eyni zamanda Şura kredit üzrə faizləri müəyyənləşdirəcək.

Kredit müddəti:
Kreditlərin maksimal müddəti saxlanılıb və müvafiq olaraq adi kreditlər üzrə 25 il, güzəştli kreditlər üzrə 30 il müəyyənləşdirilib. Kredit üzrə minimal müddət 3 il müəyyənləşdirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İlkin ödəniş:
Adi ipoteka kreditləri üzrə kredit məbləği mənzilin dəyərinin 75-85%-ni təşkil etməlidir. Deməli  ilkin ödəniş 15%-dən 25%-dək olmalıdır. Alıcının müraciəti əsasında ilkin ödəniş dahada artırıla bilər. Güzəştli ipoteka kreditləri üzrə isə ilkin ödəniş 15% təşkil edəcək.

Tələb olunan gəlirlər və yaş tələbləri:
İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır.  Yaş həddinə gəldikdə isə kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddinə çatmamalıdır.

Kredit hansı vəsaitlər hesabına veriləcək:
Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitlər hesabına veriləcək. Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi sözsüz ki, güşəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiq edilməsinə şərait yaradacaq. Burdan belə başa düşmək olar ki, adi ipoteka kreditləri üçün vəsaiti fond özü kommersiya əsasları (istiqrazların buraxılması və s.) ilə cəlb edəcək. Hesab edirəm ki, bu istiqamətdə Fond çətinliklərlə üzləşəcək. Çünki bazarda mövcud olan maliyyə alətləri üzrə faizlər yüksəkdir və onların cəlb edilərək kreditə verilməsi baha başa gələcək. İstisna deyil ki, ucuz maliyyə vəsaitlərinin cəlb edilməsi üçün Mərkəzi Bankın yardımından istifadə edilsin.

Rəşad Əliyevin digər məqalələri üçün