10 C
Baku
Thursday, December 12, 2024

İpoteka kreditləri Mərkəzi Bankın pul siyasətinin əksinə ‘üzür’

Azərbaycanda Mərkəzi Bankın monetar siyasətinin sərtləşməsinə baxmayaraq ipoteka kreditlərinin orta faiz dərəcəsi son bir ilin minimumuna düşüb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının avqust ayına olan statistikasına istinad edir.

Belə ki, ipoteka kreditlərinin orta illik faiz dərəcəsi 2023-cü ilin 1 sentyabr tarixinə 6.33% təşkil edib. Bu bir ay öncə 6.36% təşkil edirdi. Bu tarixə qədər artan templə davam edirdi. Sonuncu dəfə ipoteka krediti faizləri ötən ilin oktyabrında 6.32%-də olub.

Azərbaycan Mərkəzi Bankı son iki ildə xeyli qaldırıb. Belə ki, 2021-ci ilin sentyabrında 6.5%-də olan uçot faiz dərəcəsi 2023-cü ilin iyununa qədər 300 baza bəndi artırılaraq 9.0%-ə qaldırıb. Adətən, mərkəzi banklara inflyasiya ilə mübarizədə faizləri qaldırdıqca bu sosyanyönümlü olan ipoteka kreditlərinin də faizlərini qaldırır. Azərbaycanda isə daşınmaz əmlak bazarındakı təklifin yüksək olması və eləcə də ona tələbin yüksək olması şəraitində banklar bu bazarda iştiraka maraqlarını daha da artırırlar. Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə soğularında qeyd edilir ki, artımın əsas drayveri İpotka və Kredit Zəmanəti Fondu hesabına verilən ipoteka kreditləri olub.

Statistikaya görə, 2023-cü ilin ilk 8 ayında dövlət büdcəsindən fonda ayrılan vəsaitin həcmi cəmi 65.8 mln. manat olub. Məsələn, bu 2022-ci ilin eyni dövründə 71.3 mln. manat idi.

Bununla belə, banklar tərəfindən ilin ilk 8 ayında verilmiş ipoteka kreditləri 349.7 milyon manat olub və öncəki ilin eyni dövrünü 41 faiz üstələyir. Fond cari ildə Bakı Fond Birjasında öncəki ildən daha aktivdir. Belə ki, BFB-də istiqraz buraxmaqla 220 mln. vəsait cəlb edib ki, öncəki ili 42 faiz üstələyir.

Xatırladaq ki, 1 sentyabr 2023-cü il tarixinə bankların portfelini illik 685.2 milyon (24.7%) artırmaqla  3 milyard 459.9 milyon manata yüksəldib.

Son xəbərlər
Digər xəbərlər