9 C
Baku
Monday, December 23, 2024

İpoteka kreditləri üzrə əlavə xərclər

Potensial müştərilər kredit götürməmişdən öncə adətən öz kredit ödəmə qabiliyyətlərini qiymətləndirirlər. Ödəniş qrafikini planlaşdırmaq və kreditin ümumi dəyərini hesablamaq üçün onlar adətən ipoteka kalkulyatorundan istifadə edirlər. Siz də, ipotek krediti əldə etməmişdən saytımız Banker.az-da yerləşən ipotek kalkulyatorundan (https://banker.az/ipoteka-kalkulyatoru/) istifadə edə bilərsiniz.

Problem ilk başda ondadır ki, ilk mərhələdə ipoteka kreditləri üzrə müxtəlif əlavə xərclər diqqətdən yayınır. Nəticədə hesablamalar etibarsız xarakter daşıyır və bu və ya digər ipoteka məhsulunun yalnış qiymətləndirilməsinə səbəb olur. İpotek krediti əldə edən şəxsi gözləyə biləcək əlavə xərcləri nəzərdən keçirməyə çalışaq.

Kreditin əldə edilməsi:

  1. Notarius tərəfindən kredit sazişinin sertifikatlaşdırılması. Gərçi bu hazırki gündə elə də mütləq tələb deyil. Bir çox banklar notarius təsdiqini təqdim etməyinizə təkid edə bilərlər.
  2. Mənzilin dəyərinin təsdiq edilməsi. Bu proseduru bankla partnyorluq sazişi imzalamış qiymətləndirici şirkət həyata keçirir.
  3. İkinci dərəcəli mənzil bazarında müqavilənin hüquqi doğruluğunun yoxlanılması.
  4. Hesabın açılması. Adətən bu bir dəfəlik komissiyadır.

Pul vəsaitlərinin köçürülməsi:

Kredit təşkilatı vəsaitlərin köçürülməsi, həmçinin nağd pulların konvertasiyası üçün komissiya tələb edə bilər.

Sığorta və rieltor xidmətləri:

İpoteka krediti ilə əldə edilən daşınmaz əmlak nümunəsi mümkün olan bütün risklərdən sığortalanmalıdır. Sığortanın dəyəri sığorta şirkətinin tariflərindən asılıdır. İpoteka kreditinin əldə edilməsi prosesində rieltor iştirak edərsə daşınmaz əmlakın dəyərinin 5-7%-i ona çatar.

Son xəbərlər
Digər xəbərlər