10 C
Baku
Thursday, December 12, 2024

İpoteka kreditləri və Mərkəzi banklar

İpoteka kreditlərinin faiz dərəcələri müxtəlif amillərdən asılı olur. İnkişaf etmiş ölkələrdə əsas amil Mərkəzi Bankların yürütdükləri pul-kredit siyasətləridir. Mərkəzi bank tərəfindən uçot dərəcəsi azalanda ipoteka kreditləri üzrə faizlər azalmağa başlayır. 2008-ci ildən etibarən inkişaf etmiş dövlətlərdə Mərkəzi banklar yumşaq pul-kredi siyasəti yürüdürlər.

Banker.az Value and Sources konsaltinq şirkətinə istinadən məlumat verir ki, bu nəticədə ipoteka kreditlərinə əlçatanlığı təmin etməklə daşınmaz əmlak bazarında aktivliyi artırır.

ABŞ…

Mart ayında 30 illik ipoteka kreditləşməsi üzrə fiksasiya edilən orta faiz göstəricisi artaraq 3,77% olub. Halbuki, yanvar ayında faiz dərəcəsi 3,67%, fevral ayında isə 3,71% olub. İpoteka üzrə faizlərin artması Federal Ehtiyyat Sistemi tərəfindən faiz dərəcələrinin artırılması gözləntiləri ilə bağlıdır.

Rusiya…

2014-cü ilin dekabrın 16-da Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17% qaldırması faktiki olaraq bütün növ kreditlər üzrə faizlərin artmasına səbəb oldu. Nəticədə ipoteka kreditləri 17,5%-dən başlayan dərəcələrlə verilməyə başladı (bəzi hallarda 25%-ə təklif edən banklarda var idi). Mərkəzi bank uçot dərəcəsini 14% faizə saldıqdan sonra ipoteka kreditləri 14%-dən bir qədər çox faizə təklif edilməyə başladı. Ümumiyyətlə mövcud olan faiz dərəcələri həddən artıq yüksəkdir və bu kreditə olan tələbatı azaldır. Bazarda dövlət tərəfindən dəstəklənən ipoteka kreditlərinədə rast gəlinir, onlar üzrə faiz dərəcələri 12%-dən başlayır.

Böyük Britaniya…

2009-cu ildə Mərkəzi Bank üçot dərəcəsini 0,5%-ə saldıqdan sonra bütün növ kreditlər üzrə faiz dərəcələri enməyə başladı. Hazırda daşınmaz əmlak bazarında aktivlik dərəcəsi yüksəkdir və bunun əsas səbəblərindən biridə ucuz ipoteka kreditləridir. İpoteka kreditləri üzrə faiz dərəcəsi müddətindən və ilkin ödənişin məbləğindən asılı olaraq 2%-dən başlayır.

Avrozona ölkələri…

Avropa Mərkəzi Bankının 2014-cü ilin sentyabrında üçot dərəcəsini 0,05%-ə kimi endirdikdən sonra ipoteka kreditləri üzrə faizlər aşağı düşməyə başladı. Ölkədən olaraq üzən faiz dərəcələri (EUROBİR bağlı olan kreditlər) orta hesabla 2%-dən başlayır. Fiksasiya edilmiş faiz dərəcələri üzrə isə faizlər daha yüksəkdir.

Azərbaycan…

Hazırda AMB-nin uçot dərəcəsi 3,5%-dir. İpoteka kreditləşməsi sahəsində 2 sistem formalaşıb: dövlət dəstəyi ilə həyata keçirilən ipoteka proqramı və kommersiya banklarının müstəqil həyata keçirdiyi ipoteka kreditləşməsi. Dövlət ipoteka proqramı üzrə adi kreditlər 8%-ə, sosial ipoteka kreditləri 4%-ə təklif edilir. Kommersiya banklarının təklif etdiyi ipoteka kreditlərinə maraq azdır.

Son xəbərlər
Digər xəbərlər