10 C
Baku
Saturday, November 23, 2024

İpoteka kreditlərinin həcmi iki qat artıb, illik orta faizlər düşüb

Azərbaycanda banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi yanvardan bu tərəfə ən aşağı göstərici ilə qeydə alınsa da, illik müqayisədə xeyli böyüyüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2021-ci ilin may ayında banklar tərəfindən cəmi 35.8 mln. manat həcmində ipoteka kreditləri verilmişdir.

Beləliklə, 2021-ci ilin ilk 5 ayı ərzində banklar tərəfindən 170.6 milyon manat həcmində ipoteka krediti verilib.

İpoteka kreditlərinin həcmi öncəki ilin eyni dövrünü 2.3 dəfə artmışdır.

Bu kreditlərin orta təqdim edilmə həcmi 54 140 manata yüksılməklə aylıq ödəniş həcmləri 378.6 manat olmuşdur.

İpoteka kreditləri ilə bağlı daha bir mühüm dəyişiklik orta faiz illik dərəcəsidir. Belə ki, 2020-ci ilin dekabrından bu tərəfə 6.34%-də sabit qalan dərəcələr 5-ci ayda 0.01 faiz bəndi düşməklə 6.33%-ə düşmüşdür. Ötən ilin mayında isə orta faiz dərəcəsi 6.42 % təşkil edirdi.

 

 

Son xəbərlər
Digər xəbərlər