11 C
Baku
Monday, November 25, 2024

İpoteka kreditlərinin orta faiz dərəcəsi 6 ilin ən aşağı həddinə düşüb – RƏSMİ

Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən verilən ipoteka kreditləri üzrə faizlər 2013-cü ilin iyulundan bu tərəfə ən aşağı həddə düşüb.

Banker.az bu barədə Mərkəzi Bankın 1 iyun 2019-cu il tarixinə olan hesabatına istinad edir.

Hesabata görə, may ayı ərzində ölkədə verilən kreditlərin faiz dərəcəsi 6,49% təşkil edib. Sonuncu dəfə 2013-cü ilin iyulunda ipoteka kreditlərinin faiz dərəcəsi 6,36% təşkil etmişdi və növbəti ayda isə 6,51% qeydə alınmışdı. Ölkə üzrə ən yuxarı hədd isə 7.21% olmaqla 2012-ci ilin ilk rübündə qeydə alınmışdı.

Bildirək ki, 2019-cu ilin mayında ipoteka krediti üzrə ödənişlərin həcmi 351.3 mln. manat təşkil edib. 

Məlumat üçün bildirək ki, son iki ay ərzində ölkədə ipoteka kreditlərinin verilməsi dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər