Azərbaycanda 1 oktyabr 2019-cu il tarixinə olan məlumata görə, ipoteka kreditlərinin illik faiz dərəcəsi son 5 ayda ilk dəfə olaraq azalıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 oktyabr 2019-cu il tarixində ölkə üzrə ipoteka kreditlərin orta illik faiz dərəcəsi may ayından bu tərəfə ilk dəfə olaraq 6,49%-dən 6,48%-ə qədər azalıb.
Digər məlumata əsasən isə ipoteka kreditlərinin 17.7 mln. manatı İKZF tərəfində müəyyən olunmuş ipoteka, 504,03 mln. AZN MKT-lər tərəfindən və cəmi 6 mln. manatı banklar tərəfindən verilən ipoteka kreditləridir.