4 C
Baku
Thursday, January 22, 2026

İpoteka kreditlərinin RENKİNQİ: həcm, dinamikası və bazar payı (01.01.2026)

İllik müqayisədə Azərbaycan banklarının ipoteka krediti portfelinin ümumi həcmi 4.6 milyard manat təşkil edib və bu göstərici illik 8.4% artım deməkdir.

Banker.az-ın ilkin əldə etdiyi hesablamalarına görə, ABB-nin ipoteka kreditləri portfeli 1.55 milyard manat olub. Bu, bazarın təxminən 33.7%-ni təşkil edir.

Kapital Bankın ipoteka portfeli 591 milyon manat səviyyəsindədir. Bankın bazar payı təxminən 12.8% təşkil edir. İllik azalma qeydə alınsa da, Kapital Bank mövqeyini ikinci yerdə qoruyub saxlayır.

Xalq Bankın ipoteka kreditləri 531.6 milyon manat olub. Bu həcm ümumi bazarın təxminən 11.5%-nə bərabərdir. Bank yüksək illik artım fonunda ilk üçlükdə mövqeyini gücləndirib.

PAŞA Bankın ipoteka portfeli 242.5 milyon manat təşkil edir və bazar payı təxminən 5.3%-dir. Bank korporativ yönümlü modelə baxmayaraq ipoteka sahəsində də sabit artım nümayiş etdirib.

Azər Türk Bankın ipoteka kreditləri 206.6 milyon manat olub. Bu göstərici bazarın təxminən 4.5%-nə uyğundur. Bank ilk beşliyi tamamlayaraq ipoteka bazarında əhəmiyyətli oyunçu statusunu qoruyur.

Nəticə etibarilə, ilk beş bank ümumi ipoteka portfelinin təxminən 68%-ni formalaşdırır.

32432423432 1

 

Son xəbərlər
Digər xəbərlər