16 C
Baku
Friday, May 3, 2024

İpoteka müqavilələrinin sayı 23% artıb

ƏMDX tərəfindən bu ilin ilk 2 ayı ərzində 80 274 çıxarış verilib

2023-cü ilin ilk 2 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% artıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.

Cari ilin ilk 2 ayı ərzindəki göstəricinin 13 613-ü (17%) ilkin, 66 661-i (83%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı artıb

2023-cü ilin yanvar-fevral ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür. 

Torpaq sahələrinin ilkin qeydiyyatı artıb

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,1% artaraq 5 847 olub. 

2023-cü ilin ilk 2 ayı ərzində texniki pasportun və ipoteka müqavilələrinin sayı artıb

Bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu 74,1% artım deməkdir. Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% artaraq 12 102 olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər