19 C
Baku
Monday, April 29, 2024

İpoteka-nın yaranma tarixçəsi

İpoteka da öz yaranmasını digər ictimai və iqtisadi institutlar kimi qədim dövrə borcludur. Bizim eradan əvvəl 594-cü ildə afinalı hökmdar Solon məşhur islahatlarını həyata keçirir və nəticədə aqrar borclar ləğv edilir, miras azadlığı elan edilir və bununla sərvət artıq nəsildən nəslə keçmək mütləqliliyini itirir. Daha doğrusu hər bir Afina vətəndaşı torpaq da daxil olmaqla öz sərvətini sərbəst şəkildə bölmək hüququ əldə edir. Afinada Solon islahatlarına qədər borcalan borcuna girov hesab edilirdi və borcunu ödəyə bilmədiyi təqdirdə qula çevrilirdi. Solon isə öz islahatları ilə yoxsulların vəziyyətini nisbətən yüngülləşdirdi və ən pis halda onların itirəcəkləri ya ev, ya da torpaqları olurdu.

Solon dövründə borcalanın torpağına borcu barədə yerləşdirilən dirək “ipoteka” adlandırılırdı. Bu dirəyin üzərində torpaq sahəsinin sahibinin, kreditorun, borcun dəyəri və qaytarılma müddəti əks edilirdi. Girov qoyulmuş torpağın sahibi bu torpağı ikinci dəfə girov qoya bilməzdi. Artıq hər kəs dirək sayəsində bu torpağın artıq girov qoyulduğunu görə bilirdi. Solonun yeniliyi bir qayda olaraq kreditorları aldatmaq istəyən torpaq sahiblərinə şamil edilmişdi. Bir müddət keçdikdən sonra isə bu dirəkləri xüsusi ipoteka kitabları əvəz edir. Bu kitablar bu və ya digər torpaq sahəsinin vəziyyətini müəyyən etmək istəyən istənilən vətəndaş üçün əlçatan idi.

 İpoteka institutu bir neçə yüz illik sonra Roma İmperiyası, daha sonradan isə Orta Əsrlərin Avropasına gəlib çıxır. Romalılar nəinki yunan borc təcrübəsini mənimsəyir, həmçinin onu inkişaf da etdirir. Bizim eranın I əsrində daşınmaz əmlak girov qoyularaq kreditlər verən ilk ipoteka təşkilatları yaranmağa başlayır. II əsrdə isə ilk dəfə ipoteka biznesi ilə məşğul olan insanların işini nizamlayan qanunvericilik yaradılır.

 Bununla yanaşı İpoteka tarixçəsində böhran dövrü də yaşanıb və bu Roma imperiyasının tənəzzül dövrünə təsadüf edir. İpoteka özünün ikinci çiçəklənmə dövrünü bir neçə əsr sonra orta əsrlərin cəmiyyətində yaşayır. İpoteka Fransaya XVI, Almaniyaya XIV əsrlərdə gəlib çatıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər