2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib.
May-iyul aylarında olduğu kimi, avqust ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.
Yanvar-avqust aylarında AİF 30,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib. Azalma təqribən 47,5% təşkil edib. Yanvar-avqust aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 32,4 mln. manat alıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Publika.az