8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

İpoteka və Kredit Zəmanət Fondu 30 min manatlıq internet xidmətləri alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə “Delta Telecom LTD” MMM arasında müqavilə bağlanıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı kotirovka sorğusu nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 29 min 736 manatdır.

Bildirək ki, Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən Qafqaz regionunda  aparıcı operatordur. Şirkətin nizamnamə kapitalı 27 450 manatdır və qnauni təmsilçisi Ramazan Vəliyevdir.

Son xəbərlər
Oxşar xəbərlər