3 C
Baku
Saturday, February 24, 2024

İpoteka və Kredit Zəmanət Fondu investordan 30 mln. manat borc cəlb edir

6 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2069008681 ISIN-li, 30,000,000 manat həcmində, tədavül müddətli 9 360 gün (9347 qalıq gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Hərrac zamanı 1 investor tərəfindən 1,001.0833 manat (3%) qiymətindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,001.0833 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 9 iyul 2048-ci ildir.

Son xəbərlər
Digər xəbərlər