İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib

Ramil Tahirov

İpoteka və Kredit Zəmanət Fondunun keçmiş sədr müavini, bu il fevralın 3-də nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmiş Rəhman Hümmətovun yerinə təyinat olub.

Banker.az bildirir ki, yeni sədr müavini indiyə qədər Fondun Kirayə mənzil departamentinin direktoru olan Ramil Tahirovdur.

Departamentə rəhbərlik isə Kənan Rzayevə həvalə edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.