İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24,5 min ipoteka krediti verilib

0

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan Banker.az-a bildiriblər ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə indiyədək 24 min 510 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 165 milyon 658 min 404 manatdan çoxdur.