10 C
Baku
Friday, December 27, 2024

İpoteka və Kredit Zəmanət Fondu 122 milyon manatlıq yaşayış sahələri alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “City Construction Group” MMC ilə 122 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3 nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 121 880 000 AZN təşkil edir.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər