Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3 nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 144.200.000 AZN təşkil edir.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcəkdir.
Satın alınması nəzərdə tutulan yaşayış sahələri 1, 2, 3 və/ və ya 4 otaqlı olmalıdır.