28 C
Baku
Tuesday, July 22, 2025

İpoteka və Kredit Zəmanət Fondu 19 ildə 172 milyon manat mənfəət əldə edib

Bu il iyulun 1-nə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 4.2 mlrd. manat təşkil edib.

Bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev deyib.

O bildirib ki, Fondun məcmu kapitalı isə 1.28 mlrd. manat təşkil edir.

“Fəaliyyət dövrü ərzində (2005-ci ildən etibarən) bütün illəri mənfəətlə başa vurub. Bu günə cəmi mənfəəti (kapital ehtiyatları) 172,1 mln. manat təşkil edib. Dövriyyədə olan istiqrazlarının həcmi 2 mlrd. 382 mln. manat olub. 2009-cu ildən bugünədək 982,6 mln. manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, Fond tərəfindən istiqraz sahiblərinə 312,8 mln. manat məbləğində faiz ödənişləri həyata keçirilib” – Rasim Abdullayev əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər