12 C
Baku
Wednesday, December 11, 2024

İpoteka və Kredit Zəmanət Fondu 2 İT şirkətinə avadanlıq almaq üçün bu qədər pul ödəyəcək – Müqavilə imzalanıb

İpoteka və Kredit Zəmanət Fondu 4 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Ultra Technologies” MMC, “Infinitech” MMC, “AZTONER” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Motive Group” MMC İKZF-nin elan etdiyi tenderlerin qalibləri elan edilib.

Müqavilələrdə “Ultra Technologies” MMC və “Infinitech” MMC ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna informasiya texnologiyalarına dair avadanlıqların satın alınması nəzərdə tutulur. “Ultra Technologies” MMC ilə bağlanan müqavilənin məbləği 33 min 925 manat, “Infinitech” MMC ilə məbləğ isə 4 min 941 manatdır.

Həmçinin İKZF “AZTONER” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Motive Group” MMC ilə də müqavilə imzalayıb. Müqavilələr müvafiq olaraq İpoteka və Kredit Zəmanət Fonduna çap qurğuları üçün katriclərin satın alınması; İpoteka və Kredit Zəmanət Fonduna azqiymətli və təsərrüfat mallarının və dəftərxana mallarının satın alınması barəsindədir.

Onu da qeyd edək ki, İKZF 4 şirkətlə ümumi məbləği 118 min 634 manat olan müqavilələr imzalayıb.

 

Son xəbərlər
Digər xəbərlər