12 C
Baku
Saturday, November 23, 2024

İpoteka və Kredit Zəmanət Fondu 2023-cü ilin ilk yarısı ₼11.6 mln. xalis mənfəət əldə edib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2023-cü ilin ilk yarımilini 11.58 mln. manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az Fondun yarımillik audit hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, Fond ilin ilk yarmilində 37.82 mln. manat faiz gəliri və 20.8 mln. manat faiz xərci çəkib. Bu da fondun 17.01 mln. manat üzərində xalis faiz gəliri deməkdir. Xalis faiz gəlirləri 2022-cü ilin eyni dövründən 17% çoxdur.

Fond digər əməliyyat gəlir və xərcləri fərqindən sonra 16.97 mln. manat əməliyyat mənfəəti əldə edib. 3 mln. manat insan resursları üzrə, 2.39 mln. manat inzibati xərclər çəkib.

Fondun əsas fəaliyyət istiqaməti ipoteka kreditləşməsidir və bu istiqamətdə portfelini illik müqayisədə 19% artırmaqla 1 iyul tarixinə 1 mlrd. 865.92 mln. manata qədər qaldırıb.

Bununla belə Fondun öhdəliyində buraxdığı istiqrazlar üzrə 1 mlrd. 453.2 mln. manat borc öhdəliyi var.

 

2121221

Son xəbərlər
Digər xəbərlər