Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2056008686 ISIN-li, 40 mln manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1001.833 sifarişlərin nominal qiymətlə ümumi məbləği 79,956,000.00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 25 iyul 2048-ci ildir.