14 C
Baku
Thursday, April 25, 2024

İpoteka və Kredit Zəmanət Fondu anderrayter axtarır

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu 2019-cu il üzrə investisiya xidmətlərinin göstərilməsi ilə bağlı xidmətlərin satınalınması üzrə tender elan edib.

Banker.az Fonda istinadən xəbər verir ki, tender iki lot – qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi, eləcə də qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə keçiriləcək.

Satınalmada iştirak haqqı hər lot üzrə 150 manat müəyyən edilib.

Satınalma üzrə zərflər və təklif təminatı gələn ilin yanvarın 8-dək, digər sənədlər isə bu ilin dekabrın 21-dək Fonda təqdim edilməlidir.

Satınalma üzrə prosedurlar 09 yanvar 2019-cu il tarixində saat 15:00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər