1 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanət Fondu Ani Ödənişlər Sisteminə qoşulur

İpoteka və Kredit Zəmanət Fondu “Ata Texnologiya” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminin Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə inteqrasiyası nəzərd tutulur.

Müqavilənin ümumi məbləği isə 22 900 manatdır.

Qeyd edək ki, “AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edilmişdir. Şirkət informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycan bazarında fəaliyyət göstərir. “AtaTexnologiya”nın nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi isə Mais Yusifovdur.

 

Son xəbərlər
Digər xəbərlər