12 C
Baku
Saturday, November 23, 2024

İpoteka və Kredit Zəmanət Fondu ilin ilk yarısında 11.5 mln. manatlıq xalis mənfəət əldə edib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 30 iyun 2024-cü il tarixinə olan maliyyə məlumatlarını açıqlayıb.

Banker.az şirkətin audit olunmamış maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilk yarısındda 11.51 mln. manat xalis mənfəət əldə edib ki, bu da 0.6% azalma deməkdir. Halbuki, 2023-cü ilin müvafiq dövründə şirkətin xalis mənfəəti 11.578 mln. manat təşkil etmişdi.

2023-cü ilin müvafiq dövründə bu göstərici 25.48 mln. manat olduğu halda, 2024-cü ildə 45.72 mln. manata çatıb. Bu isə 79.5% artım deməkdir.

Şirkətin ümumi aktivləri də artım göstərib. 2023-cü ilin 30 iyun tarixinə 2.542 mln. manat olan aktivlər, bir il sonra 3.087 mln. manata yüksəlib. Bu illik 21.4% artımdır.

İKZF-nin ümumi öhdəlikləri də 2023-cü ildən 2024-cü ilə qədər artıb. 2023-cü ildə 1.481 mln. manat olan öhdəliklər, 2024-cü ildə 1.915 mln. manat həddinə çatıb ki, bu da 29.4% artım deməkdir.

Ümumi kapital isə 10.5% artaraq 2024-cü ildə 1.172 mln. manata yüksəlib (2023-cü ildə 1.061 mln. manat).

Son xəbərlər
Digər xəbərlər