6 C
Baku
Friday, November 8, 2024

İpoteka və Kredit Zəmanət Fondu IT avadanlıqların satın alınması ilə bağlı sorğu elan edir

Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna (Fond) informasiya texnologiyalarına dair avadanlıqların satın alınması ilə bağlı təkliflər sorğusu elan edib.

Bildirək ki, bu fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir.

Satınalma üzrə prosedurlar 03 sentyabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • satınalmada iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Təklif;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri;
  • iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
  • Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar).

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Təkliflər sorğusunun Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

Satınalmanın icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 20 (iyirmi) gün müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.

Təkliflər sorğusunun Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın Təkliflər sorğusunun Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 17 avqust 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 31 avqust 2018-ci iltarixinədək qəbul ediləcəkdir.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77.

Son xəbərlər
Digər xəbərlər