Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ümumi həcmi 50 milyon manat olan ipoteka istiqrazları buraxır.
Banker.az xəbər verir ki, bu barədə Emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilir.
Fond bunu vəsait toplamaq üçün buraxır. Bu istiqrazlardan cəlb olunan vəsait əsasən iki məqsədə – ipoteka kreditlərinin maliyyələşdirilməsi və kredit zəmanəti və sahibkarlığın dəstəklənməsinə yönəldilir.
Bu istiqrazlar dövlət zəmanəti daşıyır və risk faktoru çox aşağıdır. Onların əsas alıcıları banklar, sığorta və digər maliyyə təşkilatlarıdır.
2025-ci ilin ilk yeddi ayında dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılmış vəsait 47.75 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalma deməkdir.
Bununla belə, İKZF hazırda ipoteka kreditlərinin digər maliyyə mənbəsi kimi ipoteka istiqrazları buraxmaqla yerləşdirir. Ötən ilin ilk yeddi ayında 300 milyon manat olan göstərici cari ildə 370 milyon manata çatıb.
İKZF-in açıqlamasına əsasən ipoteka istiqrazları illik 3.25% ödənişlə təqdim ediləcək. Hər biri 1000 manat olmaqla 50 min ədəd emissiya ediləcəyi gözlənilir.