İpoteka və Kredit Zəmanət Fondunun (Fond) “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edib.
Banker.az xəbər verir ki, tender aprelin 17-də Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20% həcmində güzəştli düzəliş tətbiq ediləcək.
Tenderdə iştirak haqqı 250 manat məbləğində müəyyən edilib.
Xidmətin icra müddəti “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 ay müddətində başa çatdırılmalı və Fonda təqdim edilməlidir.