Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu binasının və avadanlıqlarının sığortalanması üzrə tenderin qalibini açıqlayıb.
Banker.az bildirir ki, qalib “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.
Müqavilənin predmeti isə daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və əmlakın əlavə təminatlar üzrə könüllü sığortası xidmətidir. Bu da 12 ayı əhatə edir.
Müqaviləyə görə, sığorta şirkətinə, fond 5 762 manat vəsait verəcək.