İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2025-ci ilin yanvar-iyun aylarını 12 milyon 669 min manat xalis mənfəət ilə başa vurub. Fond ötən ilin eyni dövrlərini 11 milyon 510 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 10% artım deməkdir.
Banker.az xəbər verir ki, İKZF-nın faiz gəlirləri 2024-cü ilin 6 ayında 44 milyon 705 min manat ikən, 2025-ci ilin 6 ayında 54 milyon 430 min manata yüksəlib (22% artıb).
30 iyun 2025-ci il tarixində İKZF-nın cəmi aktivləri 3 milyard 674 milyon manat olub ki, bu da illik müqayisədə 19% çoxdur.
Fondun ipoteka kreditləri portfeli 2 milyard 414 milyon manat, satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu 348 milyon 362 min manat təşkil edib.